Salam. Sual suala qarışmadan hüquqi və mühasibatlıq tərəflərini bir kənarda tutun.
Siz ən yaxşısı bir konsaltinq şirkətinə üz tutun, həm vaxtınıza, həm də pulunuza qənaət edin: Bakinar Consulting
Suallarınızı verin, isti-isti cavablandırsınlar. Sonradan sizin vergi hesabatlarınızı və başqa problemlərinizi kiçik ödəniş qarşılığında həll etsinlər.
Ünvan: Ə. Rəcəbli küç, 1/6 (Tech Plaza, 4-cü mərtəbə, 409)
Mob.: +994(50) 205-10-28; +994(70) 205-10-28
Tel.: +994(12) 404-15-79
Email: info [at] bakinar.com
Yandexdə istənilən valyuta ilə ödəmək olur, sadəcə ekranda rubl yazır ödəmə səhnəsində. Rusiya qanunvericiliyinə görə. Bəlkə də son aylarda dəyişib, bilmirəm, amma bir neçə ay əvvələdək elə idi.
Pashabank açmasa deyəndə ki, açır. Azericard da elə. Goldenpay və Millikart da açır. Belə deyim də, bu prosessinq mərkəzindən çox bankdan asılıdır. Prosessinq mərkəzinə default olaraq açmır, amma müraciət edib açdırmaq olur. Amma sizin VÖEN hesabın olduğu bank buna icazə verməlidir. Məsələn dəqiq bildiyim Unibank var ki, çox problemlidir bu məsələ orada, açmaq istəmirlər, israr edəndən sonra açsalar da, yenə də əslində normal qəbul etmək olmur, hər 5 ödənişdən 4-ü bloka düşür.
Odur ki, bankda VÖEN hesab açarkən bank ilə şərti şumda kəssəniz, sonrası asan olar. İstənilən prosessinq şirkəti ilə, Azericard, Pasha və ya başqası fərq etməz.
VÖEN fiziki şəxs açmaq üçün rüsumlar azdır, hamsı bir yerdə heç 50 manat etməz. Vergilərdə ümumiyyətlə xərc çıxmır səhv etmirəmsə (yadımda deyil mən açanda xərcim sıfır olmuşdu, yoxsa 5-10 manat.) Sonra cüzi xərc bank hesabı açanda olur, vəssalam.
məllim + vermək əvəzinə səhvən -1 getdi dəyişə bilmədim üzrlü say sən allah. yazdıkı artıq səs vermisiniz.
yandexdə $ la ödəmək olur deyəsən https://i.imgur.com/viJ7L6I.png ancaq oda individual entrepreneur(fərdi sahibkarlıq) istəyir yada şirkət. birdən paşa xarici ödəmələri açmasa, azəricard Goldenpay millikartla təkcə VÖEN açmaqla həll etmək olarmı virtual POS-u?
Birdə sahibkar olmaq üçün nə qədər xərcim çıxacaq bu haqda məlumatın varmı məllim? yəni bahalı birşeydimi? sənəd sünəd işləri?
Təəssüf ki yerli POS-lar xarici ödəmələr üçün çox problemlidir. Əksərində ümumiyyətlə xarici kartlarla ödəmə blokdadır, işləmir. Müraciət edib açdırmaq olur, amma yenə də tez-tez bloka düşməklər olur.
Pashabank-da deyəsən nisbətən yaxşıdır, yenə də müraciət edib özlərindən soruşa bilərsiz öncədən. Ki xarici ödəmələrlə bağlı vəziyyət necədir.
Qanuni tərəfinə gəldikdə isə fiziki şəxs kimi VÖEN açmaq bəs edir, MMC-yə gərək yoxdur əgər tək özünüzün fəaliyyətidirsə bu iş.
Yandex də problemlidir bir az, son ödəmə səhifəsində rubl filan göstərir, bu isə ödəyənləri çəkindirə bilər.
2checkout yarayar sizin işə. Odur ki, elə onu seçin, onu qurun, işlədin, işləsə və gəlir gəlməyə başlasa sonra sahibkarlığın qanuni tərəfini həll edərsiz, alınmasa da heç nə itirməyəcəksiz.
2checkout-dan başqa da yarayanlar var, sadəcə onunla işləsəz ok-dur.