Notebook almaq istəyirəm lakin Acer və Lenovo arasında qalmışam.Əsas hansı özəlliklərinə fikir verim?Prosessor,ram,yaddaş əsasdı bilirəm amma tam olaraq neçə olmalarını bilmirəm (məs:ram 4 gb olsa prosessor 64 bit olmalıdı kimi)Birdə isinmə probleminin olmaması üçün nəyə diqqət etmək lazımdır?
Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
– Hər bir halda 64bit alın, 32bit dövrü keçmişdə qaldı.
– SSD disk olması arzulanandır. (HDD olmasın), o çox-çox sürətlidir.
– 8GB və daha yuxarı arzulanandır (4GB da bəs edir sadə işlər üçün, amma qrafik, proqramlaşdırma, video, oyun və.s. işləriniz olarsa o halda 4GB azlıq edəcək)
– Ekran ən azı FullHD olsun ki gözlərinizə də rahat olsun, görüntü də yaxşı olsun. (1920×1080 fullHD deməkdir)
Bu dediklərimin hər birini ödəyən kompüter bir az baha çıxır, sadəcə siz ən lazım olanları seçə bilərsiniz bu 4 dənədən.
0
Minnəttaram😊Çox sağolun
Sual verin
Cavab verin