Salam!
Mən təxminən 3-4 ay olar ki, Ubuntuya keçmişəm və bunun 1 ayını kompüterimdən istifadə etməmişəm. İlk zamanlarda razı idim, ləng işləmə və s. olmurdu. Sonradan bir neçə display problemləri ilə qarşılaşdım, onları həll edə bildim. Amma kompüterim hələ də ləng işləyir, məsələn, mən Firefox brauzerini işlədirəm, amma çox ləng işləyir. Brauzer dəyişikliyi edib Chromiuma keçdim, amma o da eyni effekti verdi.
Eşitmişəmki, Linux Mint daha yüngül işləyir, həm də Ubuntu kimi Debian üzərindədir. Görəsən Linux Mint-ə keçsəm daha effektiv işləyə biləcəm.
+ Kompüterimdə böyük tətbiqlər və ya media faylları yoxdur. Sadəcə Python IDE və PyCharmı sonradan yükləmişəm.
Oxuduğunuza görə minnətdaram.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. bu hali men de musahide etmisem. sizin kimi ubuntu istifade edirdim donma problemi ile bagli lubuntu-ya kecdim (lxde oldugu ucun daha yaxsi olmali idi) . hem de ubuntunun sistem telebleri menim komputerimden cox idi. lubuntu ile biraz daha suretli idi amma yene de meni qane etmedi. zennimce kde desktop enviromentde optimizasiya ile bagli problemler var hem de chrome ve firefox brauzerleri cox resurs isledir bu da sistemi yuke salir. qeyd etdiyiniz kimi linux mint yoxlamaq olar bundan basqa peppermint os var bu da cox kicik hecmli sistemdi. bir de onu qeyd edimki menim komputerimde windows 7 ultimate 32 bit hem ubuntu hem de lubuntu-dan daha suretli ve yaxsi isleyir
0
İstəyirsən parrot`u yoxla.
Sual verin
Cavab verin