Bookmate-də pulsuz kitab oxumaq

Bookmate proqramı var playstoreda .Kitablar var orda çoxlu .Lakin problem ondadır ki gündə gərək 15 qəpik verəsən oxumaq üçün ) .Mən necə bunu pulsuz edə bilərəm ? Ama xahiş edirəm sizdə E-hacı kimi bu haramdı flan demiyin .Tələbə adamam .Pul hardandı məndə .Təşəkkürlər 🙂


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(15:10, 16/09/2018 ) #72814

Haramla nəsə əlaqəsi yoxdur axı, adicə mülkiyyət hüququndan bəhs edilib yəqin.
Pul ilə satılan şeyi qara yolla pulsuz əldə etmək oğurluq deməkdir. Marketdən nəsə çırpışdırıb qapıdan çıxanda üzə çıxanda da tələbə adamam deməyə bənzəyir : – )

Alternativ pulsuz mənbələr axtarıb tapmaq olar, internetdə pulsuz kitab saytları saysız-hesabsızdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:40, 16/09/2018 ) #72818

    Təşəkkür edirəm cavabınız üçün .Lakin mülkiyyət hüqunu pozmağa hüququmuz çatır .Çünki qiymətlər təyin ediləndə bizim valyuta ,ölkədəki iqtisadi vəziyyətimiz nəzərə alınmayıb .Məsələn Microsoftun office proqramlarının qiyməti səhf etmirəmse bir illik işlətmək qiyməti 100 dollara yaxındı .Mən isə tələbəyəm və prezentasiya ,esse flan hazırlamalı oluram .E-hacının və sizin fikrinizə görə mən esse hazırlamaq üçün marketdə iş tapmalıyam və bir ay 200manata işləyib daha sonra esse hazırlamalıyam .

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:12, 17/09/2018 ) #72829

      Mən də münasibətimi bildirim, madam adım keçib.

      Satan tərəf qiyməti günə 15 qəpik yox, 15 manat da edə bilər, mülk və hüquq sahibidir. Alan alar, almayan almaz. Bazar iqtisadiyyatı, tələb-təklif məsələləri haqqında yəqin ki məlumatınız var. Bu da ora daxil olan anlayışdır.

      Ən əsası: sabah universiteti bitirib, bir şey və ya xidmət istehsal edib satın. Onda qiyməti də başa düşəcəksiniz, başqa birinin sizin malı oğurlayıb/kopyalayıb öz adından satdığında keçirdiyiniz dəhşət hisslərini də dadmış olacaqsınız və.s.

      Qaldı gətirdiyiniz nümunəyə: Ofis proqramları sizə daimi lazımdırsa və almaq imkanınız varsa almalısınız. Hər halda təhsilinizin, gələcəyiniz dəyəri ilə müqayisədə 100$ (illik deyil, bir dəfə olan ödənişdir) heç bir şeydir.

      Yox əgər cəmi bir dəfə lazımdırsa, dost-tanışın köməyindən yararlanmaq olar.
      Yox əgər, imkanınız yoxdursa və proqram sizə lazımdırsa, pulsuz alternativlər həmişə var.

      “E-hacının və sizin fikrinizə görə mən esse hazırlamaq üçün marketdə iş tapmalıyam və bir ay 200manata işləyib daha sonra esse hazırlamalıyam”
      Qardaş, lazım gələrsə bunu da etməlisiniz, əgər başqa yol qalmırsa, həyatda hər şey asan olmalı deyil ki? Necə olur axı həmişə asanlıq olmasında israr edirik. Tələbəlikdə bunu düşünən şəxs sabah həyatın çətinlikləri ilə necə baş edəcək? Yenə qeyri-leqal yollara baş vuracaq ki təki asan olsun? Axı olmaz belə. Öz gələcəyinizə etdiyiniz yatırımın qədrini və qiymətini bilməniz lazımdır, bu qədər ucuz tutmamalınız gələcəyinizi. Əziyyət lazımsa, əziyyət də çəkmək lazımdlr, sizə gərəkli olan hədəfə çatmaq üçün.

      Amma yuxarıda da dediyim kimi, sırf bu məsələdə zülm çəkməyə gərək yoxdur, pulsuz alternativlər də var, hə ofis proqramı seçimi sizə heç də həyatın gətirdiyi çətin bir sədd deyil şükür.

      Məsələn mən illərdir ki, Google Docs istifadə edirəm və Ofis proqramlarına heç vaxt pul verməmişəm.
      Daha asan yol ilə crack axtara bilərdimmi? Bilərdim. Amma bu dediyim kimi qanunsuzdur və ədalətsizdir.

      “bir mənim crack isitfadə etməmlə dünya dağılacaqmı? ” – dağılmayacaq. Amma bunu etməklə mən öz malımın, mülkümün haqqlarının qorunmasını istəməkdə əsasım olacaq. Özüm pozmuramsa, mənim də hüququmun pozulmasını istəmirəm. Yox, özüm crack proqramlar istifadə edim və öz malıma gələndə vay-şivən qoparım ki aman qoymayın malımı oğurlayırlar? Olmaz axı elə.
      Həm də mən fərdi məsuliyyətimə əməl edirəm, dünya da elə fərdlərin cəmindən ibarətdir. Mən ən azından üzərimə düşəni edim, başqaları da edərsə, ölkə qabaqcıl toplumlardan birinə çevrilər. Siz də üzərinizə düşəni etsəniz və başqalarını da buna səsləsəniz, dama-dama göl olar.

      Yenə deyirəm, eyni şeyi sizin mala, mülkə qarşı etsələr, dərhal dəhşət və aqressiya ilə qarşılayarsınız. Ki, axı sənin nə ixtiyarın var mənə aid olan şeyi oğurlayıb öz adından satırsan. Məhz bu hissi təsəvvür edib, empati qurub qarşı tərəfləri başa düşmək lazımdır.
      Mənim başıma dəfələrlə gəlib bu tip hüquq pozmaları. Yəni hüququ mənə aid olan proqram təminatının xaricdə oğurlanaraq öz adından satmaqlar (Hindistan filan). Təbii ki, dərhal hay-küy salıb şikayət edib qarşı tərəfin cəzalanmasına nail olmuşam, çünki adam mənim haqqıma girib, başqasının əziyyət çəkib yaratdığı şeyə qarşılıq ödəmədən sahib çıxmaq istəyib.

      Və ya Adobe proqramları, mənə arabir lazım olur, amma qiymətini yetərincə yüksək hesab edirəm – mən gedib crack axtarırammı? Əsla. Bu oğurluqdur. Pulsuz alternativ axtarıram. Bu qədər sadə. Nəticədə illərdir ki pulsuz GİMP istifadə edirəm.

      Bu əmtəə-xidmət mübadiləsindəki elementar qaydaların 5 min ildən çox tarixi var. Qədim Babilistan, sonralar Hammurapi qanunları və.s. və ilaxır. Əsrlərdən süzülüb gələn dəmir təməllərdir. Hansı ölkələrdə ki bu prinsip pozulubsa tarixən, (yəni biri çıxıb deyirsə ki, qarşı tərəf baha verir, gəlin yağmalayaq və hamı buna əməl edirsə – o ölkə xarabaya çevrilir və qısa müddət sonra oğurlu edənin də özünün və ailəsinin başında çatlayır) Mülkiyyət müqəddəs anlayış olmalıdır, hər kəs bunu dərk etməlidir, ən çox dərk edən ölkələr hazırda ən firavan yaşayan ölkələrdir.
      Bəlkə də rast gəlmisiniz, xaricdə varlı biri ölür, yaxını da yoxdur, vəkillər və.s. aylarla düşün xaricdə və digər bölgələrdə qohum axtarırlar, ta ki uzaqdan bir qohumu tapıb deyirlər ki al bu var dövlət sənindir.
      Bunu anlamaq bizim ortalama insana həmişə çətin olub, deyilmi? Məsələn, bizdəki ortalama bir vəkilin ağlına bu da gələ bilər:
      “onsuz da bunun kimi kimsəsi yoxdur, bütün vəkalət də məndədir, dayan görüm bu işə baxan məmur kimdir, onunla anlaşım bütün var dövləti keçirim öz adıma da, yoxsa itib batacaq ortada” – yəqin ki etiraf edərsiniz ki, bizim bölgə insanlarına, ədaləti, malı, mülkü, hüququ dərk etməyən toplumlara xas düşüncə tərzidir.
      Fərq də elə burdan gəlir.

      Bu yazdığım uzun şərhin iki nəticəsi olacaq.

      Ya bunun sizə təsiri sıfır olacaq, ya da ciddi təsiri olacaq. Mən ikinciyə ümid edirəm :).

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:50, 22/09/2018 ) #72860

Hansı dildə oxuyursuz ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024