Salam, Mən gömrükdən mobil telefonumu götürərkən. PashaBankın-ın mobil tətbiqindən e-mailə PDF formatda göndərilən çıxarışı çap olunmuş formasını təqdim etmişdim. Toplam iki sual yarandı məndə.
#1. Təqdim etdiyim kağızda Bankın möhürünü tələb etməsi nə dərəcədə doğrudur? Onun bu tələbini təsdiq edən hər hansı rəsmi qaynaq varmı? Hərhalda Bankınız sizə bu imkanı online verirsə niyədə vaxtınızı sərf edib sıra götürüb möhürlü çıxarış əldə edəsiniz?
#2. Mən 2 ay bundan öncədə mobil telefon götürmüşdüm. Əvvəlcə mənə vaxtın dolu dedi sonra ildə bir telefon icazə verilir. Mən soruşdum bəs aldığım mobil telefon 1 ildən tez xarab olsa necə? – 4 aya saldı bu limiti. Bəs telefon elə qutudan problemli çıxsa və satıcı dərhal yenisin göndərsə necə? (Bu hal yaranıb məndə) – bunada cavab olaraq 2 aya düşdü bu limiti. Bu cavablar təbiiki qane etmədi, zəhmət olmasa bu iki mobil telefon arasındakı fasiləni rəsmi təsdiq edən və ya mobil telefonlarla bağlı olan ən son və qüvvədə olan qanunların linklərini mənimlə bölüşə bilərsinizmi?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
1
1. online çıxarışlar heç bir halda sənəd sayılmır. Sadəcə bildiriş, məlumat xarakterlidir. Çox rahatca PDF-i edit edib çapa da verə bilərsiniz. Ona görə də real möhürlü kağız olmalıdır əlbəttə. Online o halda mümkün olar ki, elektron imzalı filan ola, o da bu iş üçün uyğun gələn model deyil.
2. Kim verib sizə bu cavabları, 4 ay 2 ay filan? Sizin istəyinizə görə müddəti dəyişmək filan – bu nəsə qəribə görünür, ona kim ixtiyar verib ki, sizin üzrlərinizi dinləyib sizə limit təyin edə. Qanunda heç bir üzr yoxdur, limit varsa hamı üçün var, yoxdursa yoxdur, Sizin heç bir əlavə xahişiniz, izahını bu limiti dəyişə bilməz.
Ondan soruşun hansı qanuna əsasən bu limitləri qoyur. Şəxsi istehlak üçün gətirmək olar, hər hansı bu tip limit qoyula bilməz. Təbii ki, çox tez-tez alsanız, məsələn ayda bir dəfə, və ya həftədə bir dəfə – bu da çox asanlıqla o demək olar ki, siz şəxsi məqsədlə gətirmirsiniz.
İstisna halda telefon xarab olubsa, problemsiz ala bilərsiniz yenisini.
0
1. Aydındır.
2. Bu cavabları mobil telefonu verən gömrüyün əməkdaşı deyib. Siz bu suala verdiyiniz cavabları hərhansı rəsmi qayda ilə gücləndirə bilərsiniz zəhmət olmazsa? çünki fikirlərimiz eynidir və daha çox məntiqə uyğundur nəyinki gömrük əməkdaşının verdiyi cavab. Əslində bu sualı burda yazmağımın səbəbidə sırf bu fikirləri dəstəkləyən rəsmi qaynağlar tapmaqdır. Məsələn tel xarab olub yada problemli çıxıb qutu açılımında mən bunu necə o gömrük əməkdaşına sübut edə bilərəmki?
1
2. İddianı edən tərəf isbat etməyə məcburdur, əksinə yox. Siz telefon gətirirsiniz və 2 ay, 4 ay limiti olmasını sizə iddia edən tərəf bu isbat etməyə borcludur.
Qanunvericilik budur və burada nə varsa onun əsasında qərar verilməlidir. http://imei.az/uploads/55069.pdf
0
2. Aydındır. Paylaşıma görə minnətdaram, ama bu sənəd MCQS (Mobil Cihazların Qeydiyyat Sistemi) haqqındadır, bu isə mobil telefonu aldıqdan sonrakı mərhələni əhatə edir.
1
Alana qədər olan period haqqında qanun filan yoxdur. Digər mallar necə, bu da elə.
0
Vaxtınızı ayırdığınız üçün təşəkkür.
0
2. Aydındır. Paylaşıma görə minnətdaram, ama bu sənəd MCQS (Mobil Cihazların Qeydiyyat Sistemi) haqqındadır, bu isə mobil telefonu aldıqdan sonrakı mərhələni əhatə edir.
Sual verin
Cavab verin