Salam.
Zəhmət olmasa aşağıda qeyd etdiyim 3 sualı cavablandırardınız.
1. Hal-hazırda Azərbaycanda hansı Karqo şirkəti ilə Mobil telefon sifariş verə bilərəm? (2 aydır gözləyirəm heç cürə Mobil telefonu sifariş verə bilmirəm)
(Camex LLC, Aramex Azerbaijan, Pesoto Azerbaijan bu qeyd etdiyim şirkətlərnən əlaqə saxlamışam hal-hazırda Mobil telefonun daşınmasında fəaliyyət göstərmirlər)
Sifariş edəcəyim mobil telefon: “Apple iPhone X”
Mobil telefonu “eBay.com” Veb saytından tam yeni məhsul sifariş verəcəm.
2. “eBay.com” veb saytı ilə bu mobil telefonu digər hansı yolla sifariş verə bilərəm, Azərbaycana gətirə bilərəm mümkünsə cavablayardınız.
3. Gömrük Məntəqəsi mobil telefonların idxalına qoyduğu qadağanı yenidən nə zaman ləğv edəcək təxminən?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
ebaydə satıcı ilə əlaqə saxlayın bəlkə poçtla göndərə bilər.
0
eBay.com’da bir neçə satıcı varki sifarişləri yalnız ABŞ, Kanada’ya göndərir, az sayda bir neçə satıcıda varki onlarda əlavə digər ölkələrə (Avropa) göndərirlər bunun üçün hansı satıcı ilə Əlaqə saxlamalıyam yoxsa göndərişlərin fərqi yoxdur?
1
1. Heç biri
2. Satıcıdan istəmək ki birbaşa göndərsin. Və ya xaricdə bir tanış tapıb ona göndərmək. o da adi poçt ilə sizə.
3. Gömrükdə hansısa qadağa yoxdur hazırda. Hazırkı qayda əcaib də olsa daimidir, dəyişməyəcək yaxın zamanda. Qayda da budur ki telefon mərkəzi qaydada gömrük olan poçta gəlir, ordan da şəxsiyyət vəsiqəsi və bank çıxarışı ilə sahibinə verilir. Bunu kargo şirkətləri də edə bilər, yəni qadağan deyil onlara. Sadəcə eziyyeti çoxdur deyə heç biri məşğul olmaq istəmir. Telefonlara görə o biri malları da gecikir deyə sərf etmir.
0
Məlumatlar üçün hər birinizə Təşəkkürlər.
Sual verin
Cavab verin