VOEN acdirmaq 2021

Salamlar. Bank hesabima Adsenseden pul gəlib. Bankda dediler ki, mən sahibkər hesabi acmaliyam, və VOEN acmaliyam. Ola bilsin hesaba hər ay pul koçuruləcək. Hardasa 200-250 dollar. Məncə bu boyuk məbləq deyir ki, sahibkar hesabi və VOEN acim. Mən bilmək istəyerdim ki, mən VOEN qorə nə qədər və hara pul verəcəm. Bank fayizi yox, VOENE gorə. Hər ay fayiz var? Deyiler sosial fonduna hər ay pul kocurməliyem? Nə qədər? Butun xərclərini bilmək istəyirəm ki, olcum-bicim məne nə qədər pul qalacaq. Bəlkəm mənə hec sərfeli deyil?. Xahish edirəm ətrafli məlumat verəsiniz. Məncə belə bir balaca məbləq olduguna gorə, VOEN acdirmaq duzqun deyil. Bəlkəm basqa yolu var?

Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

(14:09, 28/08/2021 ) #78799

Məncə bu boyuk məbləq deyir ki, sahibkar hesabi və VOEN acim

Təəsüf ki bizdə minimal hədd yoxdur. Gürcüstan və bir sıra ölkələrdə müəyyən kiçik məbləğ limiti var ki, ona heç bir VÖEN tələb edilmir. Bizdə isə başa düşməyərək və ya başqa bir səbəbdən bu güzəşti etmirlər.

Bəli. VÖEN açdıqda hər ay sosial müdafiədəki fondunuza(hansı ki sizə gələcəkdə pensiya kimi veriləcək geri) təxminən 50 manat köçürmək lazım olacaq.
Bir də 5% gəlir vergisi. Yəni 300$ qazananda 15$ vergi. 3 ayda bir 3*15=45$ vergi ödəmək.

Başqa qanuni yolu yoxdur. Bəlkə də belə edə bilərsiz ki, məbləğ yığılsın, ildə bir dəfə gəlir olaraq onu qəbul edin, həmin an VÖEN açıb sonra da dondurun. Elə olanda təkcə 5% vergi + 1 ay sosial ödəmiş olursunuz. – bu nə dərəcədə düzgündür hüquqi baxımdan düzü bilmirəm. Hüquqşünas bir şəxsdən soruşa bilərsiz.

Əslində hər bu problemi yaşayan dövlət qurumlarına bu haqda elektron müraciət göndərib şikayət etsə, səs eşidilər əminəm. Çünki burdakı əngəl hər hansı pis niyyət güdməkçün deyil, sadəcə bilmirlər deyə ediblər. Belə kiçik qazanc əldə edən şəxslərin sayını yəqin ki sıfıra yaxın hesab edirlər deyə ayrıca güzəşt nəzərdə tutmayıblar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:02, 28/08/2021 ) #78810

Salam. Cavabiniza gorə təşəkkur edirəm. Duz deyirsiz, limit olmalidir. Elə cixirsa, mən 300 manat qazansam, bank fayizi + bankda sahibkar hesab rasxodu + g’lir fayizi + sosial. 300 manatdan bunlari cixsam, mənə galan pul minimum yaşayışa barəbər olacaq. Başa duşmurəm, belə qanunulari savatdi insan fikirləşir?

Siz dediyiniz variant pis deyil, illik məbləgini gondərmək və sonra VOEN dondurmaq. Amma mən eşidmişəm ki, ASAN Xidmət VOEN acanda 3 ayin pulunu istəyir.

ABB sikayyət bolumunə elektron müraciət gondərmişəm. Hələ ki cavab yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:23, 29/08/2021 ) #78815

    ABB yox, Vergi Xidmətinə təklif olaraq yaza bilərsiniz, siz və tanıdıqlarınız. ABB sadəcə bankdır, onun ixtiyari yoxdur güzəşt və limit tətbiq eləsin.
    Vergi xidmətinə yaza bilərsiz, ki rəhbərlik baxsın məsələyə. İndi baxırlar hər müraciətə. YƏni əmin ola bilərsiz ki, ordan yazdıqda gedəcək lazımi masanın üstündə print edilmiş şəkildə oxunacaq.

    Mən başqa problemlər üzrə neçə dəfə yazmışamsa elektron müraciət ilə, hətta ümidin az olduğu məsələlərlə belə 2 həftə ərzində cavab və ya həll edildiyini görmüşəm.

    Başa duşmurəm, belə qanunulari savatdi insan fikirləşir?
    Problem də odur ki, fikirləşən ümumi fikirləşir. İşin içində deyil deyə, hesab kitab edəndə düşünür ki həə sahibkardırsa, ayda yəqin 30-40 min qazanan bir şirkətdir, deməli banklara deməliyik ki blok qoysunlar, vergidən yayınmasınlar. Daha bilmir ki, bu qaydanı qoyanda ayda 100-200-300 manat qazananlar da gedir içində – hansı ki, VÖEN açıb sosial ödəsə, qazandığının 50-60%-i elə vergi və mühasibata gedəcək – bu da məntiqə ziddir. Ona görə də belə məqamları bunu düşünən adamlara çatdırmaq lazımdır ki, istisna güzəştlər yaratsınlar. Əks halda varlığından xəbəri belə olmadıqları problemi həll də edə bilməzlər əlbəttə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:33, 29/08/2021 ) #78816

      Aydindir. Təşəkkur edirəm Sizlərə. Ola bilsin siz dediyiniz kimi Vergi Xidmətinə yazacam.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:51, 26/11/2021 ) #78974

Salam. VÖEN Mövzunu davam etmək istəyərdim, çunki daha bir sualim var. Bilənlər xahiş olunur kömək etsin.

Deməli VOEN açildi yanvar ayinda. Həmin ay 1000$ qazancim oldu. 3 ay ərzində qazancim belə oldu:

Yanvar – 1000$
Fevral – 0
Mart – 0.

Deməli, 3 ayin hesabatini aprel ayinda ödəyirəm. Elə çixir ki, mən vergini + Sosial Fond + Tibb sigortasini ancaq yanvar ayina görə ödəməliyəm? Yani 62 azn Sosial + 5% vergi + 10 matat sigorta. Mən düzgün başa düşürəm? Yoxsa hər aya görə ödəməliyəm siğörtani və sosiyal fondunu? Yani gəlir olmayan aylara gorədə ödəməliyəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:26, 27/11/2021 ) #78976

    Vergini 3 ayın cəminə görə ödəyirsiniz. YƏni 1000$a görə.
    Sosial, icbari tibbini isə hər aya görə. Yəni 3 x (Yani 62 azn Sosial + 5% vergi + 10 matat sigorta)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:43, 27/11/2021 ) #78977

    Bəs Fevral və mart aylarinda gəlirim olmayibsa necə həmin aylarda sosiali və sigortani odəyim?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:19, 27/11/2021 ) #78987

      Sosial və tibbi sığortanın gəlirlə nə əlaqəsi? Sahibkarlıq fəaliyyətinə görə verilir.
      Əgər fəalliyyət yoxdursa o zaman VÖEN-i dondurmaq lazımdır ki daha bu işlə məşğul deyiləm deyə – o halda aylıq ödəniş də olmur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:54, 28/11/2021 ) #78991

Sosial və tibbi sığortanın gəlirlə nə əlaqəsi? Sahibkarlıq fəaliyyətinə görə verilir.
Əgər fəalliyyət yoxdursa o zaman VÖEN-i dondurmaq lazımdır ki daha bu işlə məşğul deyiləm deyə – o halda aylıq ödəniş də olmur.

Elə çixir ki, VOEN acdirib, pulumu alib, vergi, sosial və siğortani odəyib, sonra VOEN dondururam, və misal uçun, 4 aydan sonra VOEN aktiv edib və yenə qazancimi ala bilərəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (03:10, 28/11/2021 ) #78993

    bir mesajı bir dəfə göndərin lütfən. Bayaqdan sizin bəlkə 20-30 təkrar commentinizi silməli olmuşam.

    Elə çixir ki, VOEN acdirib, pulumu alib, vergi, sosial və siğortani odəyib, sonra VOEN dondururam, və misal uçun, 4 aydan sonra VOEN aktiv edib və yenə qazancimi ala bilərəm?
    Bəli, qanunla buna haqqınız çatırsa, etmək olar. Yəni qanun nə deyir – 4 aylıq bağlayırsınızsa, bu 4 ayda sahibkarlıq fəaliyyəti göstərməniz qanunsuzdur. Yox əgər doğurdan da məşğul olmursunuz və işiniz 4 ayda bir dəfə olursa, o halda etmək olar. Amma hər bir ehtimala qarşı hüquqşunas və ya mühasib ilə məsləhətləşin. Və ya vergilər nazirliyinin qaynar xəttindən də soruşa bilərsiniz istədiyiniz sualı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:56, 28/11/2021 ) #78996

Sosial və tibbi sığortanın gəlirlə nə əlaqəsi? Sahibkarlıq fəaliyyətinə görə verilir.
Əgər fəalliyyət yoxdursa o zaman VÖEN-i dondurmaq lazımdır ki daha bu işlə məşğul deyiləm deyə – o halda aylıq ödəniş də olmur.

Elə çixir ki, VOEN acdirib, pulumu alib, vergi, sosial və siğortani odəyib, sonra VOEN dondururam, və misal uçun, 4 aydan sonra VOEN aktiv edib və yenə qazancimi ala bilərəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:01, 28/11/2021 ) #78997

bir mesajı bir dəfə göndərin lütfən. Bayaqdan sizin bəlkə 20-30 təkrar commentinizi silməli olmuşam.

Mən mesaji bir dəfə yaziram. Sadəcə, səhifəni yeniləndə, niyəsə gorə yazdiğim mesaj dubl olunur. Onu mən etmirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:11, 28/11/2021 ) #78998

4 aylıq bağlayırsınızsa, bu 4 ayda sahibkarlıq fəaliyyəti göstərməniz qanunsuzdur.

Mənim işim internetlə baglidir. Mən xidmət gostərirəm, mən sahibkar deyirem. Mən sadəcə çörək pulumu qazaniram.

Pulum yigilir profilimdə, və qərara gəldim ki, 4 aydan bir banka göndərim. Ona görə də, hər ay sosil və sigörta pulunu verməyə istəmirəm. Pulumu götürənən sonra istəyirən dondurum, və aktiv edim gələn dəfə pulumu göndöröndə.

Yenə də deyirəm, vergi odəməyə haziram, tibb sigortasini da ödəməyə haziram. Amma pensionniy fond mənasiz bir şeydi. Mən bir 30 il yaşamaliyam ki, pensiyaya çixim. 30 ildi pensioniy fonda pul ödəməliyəm ki, mənə pensiya duşsun, o həmin yaşa çatsam. Bəs çatmasam? Nəcə olacaq verdiyim pullar? Ailəmə qaytarilacaq?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:43, 28/11/2021 ) #78999

    o halda vergini dondurmaq qanuna zidd olar. Çünki faktiki fəaliyyət göstərirsiniz. Aylıq sosial və tibbi sığorta ödənilməlidir.
    Bir az daha çox qazanmağa çalışın ki, bu ödənişlər gözə çox görünməsin 🙂

    Sosialın aqibətinə gəldikdə isə – valla mən də vəkillik etmirəm bu cür ödənişlərə, sadəcə faktiki olan qanunları deyirəm.
    Xaricdə o pulların dəqiq aqibəti olur, hətta vətəndaş o ödənişləri özəl fondlara edib faizi ilə geri alır, bank əmanəti kimi.
    Bizdə isə yarı müasirdir, yarı da köhnələrdən qalma qaydalar. Keçid tədricən olur. Ona görə də indi hər kəsə mənasız görünür 30 il sonraya investisiya etmək. Çünki dövlətimiz gəncdir, kiminsə bu tip sosial ödəniş edib 30 il sonra bəhrəsini görəcək qədər dövr keçməyib. Keçmişdən, SSRİ-nin sonundan qalan pis təcrübələrə görə də əhalidə belə şeylərə güvən azdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:07, 29/11/2021 ) #79004

Bu məsələyə görə galmişam. Yoxsa çoxtandi VOEN açtirib, vergi fayizini və sigortani ödəyib canimi qurtarardim. Amma belə getsə məcbur qaliram ki, başqa yolla pullarimi alim. Mən qanuna tabe olan vətəndaşam, amma bəzi aspektlərdə başqa yollar axtarmağa məcbur edirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (4 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024