Payoneer-den karta pul atmaq

Salam mənim payoneer hesabımda 280 USD var bu pulu karta atmaq üçün lazım olan rekvizitləri bank programından götürmüşəm bank programına daxil olub kart məlumatlarından götürüb yazmışam yeni. İndi belə etdiyim halda pul kartına gelecek yoxsa xüsusi olaraq banka getmek mecburiyetinde yem ?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(14:04, 28/08/2021 ) #78798

Hər şey düz yazılıbsa birbaşa oturmalıdır. Təbii ki əgər bank blok qoymasa (VÖEN olmayan hesablara xaricdən belə pul gələndə bir çox hallarda banklar blok qoyur – məbləğə və şansa bağlı bir şeydir, bəzən qoyulur bəzən yox) Blok da olduqda sizə zəng edib deyirlər, və ya özünüz zəng edib öyrənirsiniz. və sizin qərara uyğun olaraq ya məbləğ başqa bir VÖEN hesaba köçürülür, ya da geri qaytarılır Payoneerə.
Köçürdükdən sonra 3-4 bank günü ərzində oturmasa, problem var deməkdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:44, 28/08/2021 ) #78801

    Mən dövlət isciyem ve dövlətə vergi ödəyirəm . Həmin karta atsam VÖEN prablemi yaranar ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:55, 28/08/2021 ) #78804

      Yox dövlət işçisi olmanızın bu məsələ ilə heç bir bağlılığı yoxdur. Sizin kart hesabı VÖEN hesab deyil, maaş kartı hesabıdır.

      Amerikada məsələn siz deyən kimidir, tax İD mərkəzidir hər bir vətəndaş üçün.
      Bizdə isə fərqli modeldir. Sahibkar kimliyi başqadır, işçi kimliyi başqa.
      Maaşlı işdə işləyən VÖEN əldə etmir, şirkət onu işçi kimi götürüb vergini də maaşından tutaraq maaşını verir.
      Sahibkar kimi VÖEN əldə edən isə vergini və.s. özü ödəyir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:46, 28/08/2021 ) #78802

    Hemde aylıq 300 USD keçmeyen bir qazancım var bu qədər kiçik qazanc üçün dövlət VÖEN prablemi edirmi ? Mən onsuz demek olarki her ay dövlətə 200 AZN vergi ödəyirəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:57, 28/08/2021 ) #78805

      Anlaşılmazlıq var çünki ortada. Qanun belə kiçik qazancları nəzərə almayıb. Banklara da tapşırıblar, onlar da icra edir. Məbləğə baxmadan.
      Gürcüstanda filan, aylıq müəyyən məbləğə qədər daxilolmalara heç bir şey demirlər. .Bizdə də 5 il əvvələ qədər elə idi, sonra banklara tapşırdılar ki, fərqi yoxdur, bütün pullar ağarmalıdır və qanuni olmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:12, 28/08/2021 ) #78807

Voende ödəniş necə olur bize qalan xeyirin faizin götürürlər yoxsa ümumi karta gelen məbləğin ? Çünki mən ebayda dropshipping edərkən bir məhsulu meselen alıram 5 yevroya satıram 10 yevroya mənə qalan 5 yevro olur dövlət bu yevronun vergisin tutur yoxsa 10 yevronun vergisin ödəyirəm. Birde eyerki bank prablem yaratmasa voenle bağlı ödənişlərini rahat şəkildə edə bilərəm . Çünki bank özü icazə verir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:04, 29/08/2021 ) #78813

    Gəlir nə qalırsa onun 5%-i vergi verilməlidir rəsmi hesabat təqdim etməklə. (bunu adətən mühasiblər edir, şəxsən etmək üçün gərək bütün sistemi öyrənmiş ola sahibkar)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:16, 28/08/2021 ) #78808

Bağışla qardaş üzrlü say senide narahat edirəm lakin Azərbaycanda bu isle bağlı məlumatlı şəxs çox azdı. Bir başqa sualım eyerki transfer wise kartı getirirsem bu VÖEN isinden canim dincelerde hə ? İllik 29 USD odeyerem o karta

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:10, 29/08/2021 ) #78814

    Transfer Wise və ya Payoneer-in öz kartı fərq etməz – texniki olaraq, bəli, heç kim sizə əngəl qoymayacaq və siz kartdan pulu çıxara biləcəksiniz.
    Hüquqi olaraq isə – heç bir şey dəyişmir. Qanuni məsuliyyət yaradır. Yəni pul rəsmi hesaba gəldi, yoxsa xarici karta, fərq etmir – hər ikisi vergi öhdəliyi yaradır və verməmək vergidən yayınmaq hesab edilir.
    Bizdə düzdür, freelancerlər xarici kart işlətdikdə əksəriyyət bunu elə vergi verməmək üçün belə istifadə edir.
    Amma yenə deyirəm, bu yanaşma şəxsi vergidən azad etmir, yayınmaq başqa, azad olmaq başqa. Yayındıqda sabah xəbər tutulsa başağrısı ola bilər.

    Çıxış yolu 2 dənədir:
    1. Hər bu problemi yaşayan şəxs elektron müraciət edib şikayət etməli və ayda tutalım 500$-a qədər gəlirdən vergi tutulmamasını xahiş etməlidir. Ki müvafiq qurum da görsün ki belə şəxslər və belə seqment varmış, 5-dən 10-dan qazanmaq istəyirlər, amma VÖEN əngəli onlara mane olur. Xərci borcundan çox çıxır.

    2. Çox qazanmaq. Bir qədər sadə səslənsə də, əslində çıxış yolu budur. Hədəfləri böyütməli, dropshipping ya hər nə işdir fərq etməz, indikidən 10-20-50 dəfə çox qazanmağı qarşıya məqsəd qoymalı.
    100-200lə qarın doymaz. 3-5min qazandıqca isə artıq 5% vergi də vermək olacaq rahat, ürəklə, sosial da ödəmək olacaq, üstəlik mühasibə də hər rübdə zəhmət haqqı ödəyib bütün hesabat işləlrini gördürmək olacaq.
    Arzu edirəm ki, bu yolla davam edə biləsiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:15, 29/08/2021 ) #78818

      Heç inanmıram bele şey edeler . Adicə 300 USD gömrük limiti qoyublar 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:35, 30/08/2021 ) #78820

    o başqa bu başqa. Gömrük limiti ölkədən çıxan pula aiddir, bu biri isə ölkəyə gələn pula aid.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:26, 30/08/2021 ) #78826

      Menim demək istədiyim odurki her ikisindede vətəndaşların xeyrinə olan birşey yoxdu

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (16 saat əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (21 saat əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (1 gün əvvəl)

E. Hacı cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (1 gün əvvəl)

E. Hacı cavab verdi - Voenim varmi? (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (4 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (11 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (11 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (11 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (19 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (38 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (45 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (50 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23290 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024