Payoneerdən banka transfer üçün hesab rekvizitləri

Salam. Mən bir neçə gün əvvəl Fiverrdən qazandığım pulu payoneer ilə bank hesabıma köçürdüm. Pul gəlmədi və banka müraciət etməli oldum. Bankın yardımı ilə pul gəldi hesaba. Gəlməməsinin səbəbi rekvizitləri yazarkən nəsə səhv etməyim idi. Bank səhvin nədə olduğunu bilmədi.

Bəlkə belə bir məsələ ilə qarşılaşan olub. Hesab nömrəsini filan düz yazmışam, sadəcə “Təyinatda Mütləq Göstərilməli” bölməsində olan Adımın altındakı rəqəmləri yazmamışdım. Problem bu ola bilər?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(11:01, 11/09/2021 ) #78861

“Bankın yardımı ilə pul gəldi hesaba” – bu necə olur ki. Demək bank blok qoyubmuş sadəcə. Siz deyəndən snra açıb.
Əgər səhv yazsaydınız, bank heç bir kömək edə bilməzdi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:06, 11/09/2021 ) #78863

    Çeki filan istədilər məsələni araşdırmaq üçün, 2 günə pul yükləndi. Zəng edib dedilər ki bankın tranzit hesabında dururdu, hansısa məlumat tam yazılmayıb, ona görə də hesaba yüklənməyib.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:16, 11/09/2021 ) #78864

    Bank niyə blok qoysun ki?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:33, 11/09/2021 ) #78865

      Səbəb çox ola bilər. sahibkar hesaba gəlməməsi, əməliyyatın şübhəli görünməsi, hansısa əməliyyatçının məsuliyyətsizliyi və.s.

      Bank-dan soruşa bilərsiz o halda əgər doğurdan da hansısa məlumat əksikdirsə, desin, siz də biləsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:42, 11/09/2021 ) #78869

    Soruşdume, dedim növbəti dəfə yükləmələrdə müraciət etməyim də. Dedilər ki bilmirlər nəyin tam yazılmadığını.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:45, 11/09/2021 ) #78870

      Ola bilər ki, yola verirlər və doğrunu demirlər. Bəzən olur belə, texniki terminlərlə nəsə anlaşılmaz şey deyib müştərini yola verirlər – harda ki, əslində kiminsə səhv olub konkret. Bu durumda belədir belə deyil bilmirəm, amma dəqiq səbəbi bilmək haqqınızdır. Belə təxminlərlə rekvizitdə nəyisə dəyişib daha da korlaya bilərsiz işləri.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:48, 11/09/2021 ) #78871

    Çox sağ olun. Onda gedib bankdan səbəbi öyrənməliyəm. Operatorlar “Payoneer”in nə olduğunu belə bilmirlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:19, 11/09/2021 ) #78877

      Siz payoneeri heç deməyin. Deyin xaricdəki hesabımdan özümə pul göndərmişəm , belə bir problem çıxıb. Nəyi düz etməmişəm ki pul ortada ilişib qalmışdı – deyin ki düzəldim

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:21, 11/09/2021 ) #78878

    Çox təşəkkür edirəm. Başa düşdüm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat
Login with Facebook

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (18 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (20 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (21 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (21 gün əvvəl)

Azad cavab verdi - Windows 11 FPS drop (34 gün əvvəl)

AGAPROGRAMM cavab verdi - Kompyuterimin çox gec yanmasının səbəbləri nədir ? Necə düzəldərəm ? (37 gün əvvəl)

Ayaz2550 cavab verdi - 1ci qrupda informatika üzre imtahan vermek (38 gün əvvəl)

Ayaz2550 cavab verdi - Windows 11 FPS drop (38 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23307 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025