Gəlirim yoxdu ancaq vöenim açıqdı

İnternetdən pul qazanmasamda vöen açdırmışdım, əsas azerselin korparativ nömrəsinə görə limitsiz internet verir, yəni internet işinən məşğulam ama pul qazana bilmirəm satışlarım olmur, izlənmə az olur, yəni təzə başlamışam düzdü pul qazanmağım biraz çəkəcək, əsas problem vöen adına nömrə var azerseldəki limitsiz internet nömrəsi götürmüşəm, internet mənə pul qazanmaq üçün mütləq lazımdı, indi mənə məsləhət verin mən nə edim?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2022-04-18 14:01:59)
Bəli. Fərdi sahibkar üçün sosial və tibbi sığorta ödənişləri gəlirlə yox sahibkarlıq fəaliyəti ilə bağlıdır. Yəni fəaliyyətiniz davam edirsə( = VÖEN aktivdirsə), hər ay ödəniş olmalıdır.

The Left (2022-04-17 19:20:22)
3aydan bir hesabat verəcəm, gəlirim 0 olanda məsələ aydındki vergi verilmir) sosial məsələsini anlamadım , gəlirim olmasada sosial pulu verilməlidmi?

E. Hacı (2022-04-17 13:55:58)
VÖEN açıq qalsa hər ay sosial sığorta və tibbi sığorta ödəməlisiniz. Təxminən 50-60 manat edir aylıq. vergi isə vermirsiniz gəlir olmayanda - amma bunu 3 ayda bir bəyan edib gəlirim yoxdur deməlisiniz hesabatda. Əks halda ona da cərimə düşür. Yəni gəlir oldu olmadı mütləq 3 ayda bir hesabat göndərmək lazımdır. Ki gəlirim 0 azn olub və ya 1000 azn olub və.s. VÖEN bağlasanız Azercellin bundan xəbər tutması üçün texniki imkanları var bəli - amma bunu edirmi etmirmi onu deyə bilmərik, onu artıq Azercell bilər. Zənn edirəm ki etməzlər və internetiniz işləməyə davam edər.

The Left (2022-04-16 23:30:44)
Gelirim yoxdu , azercell internete göre açıq qalmağını isteyrem, deyilene göre vöen bağlasam azercell internetede tesir edecek, əgər vöen açıq qalsa borczad yazılırmı?

E. Hacı (2022-04-16 22:17:08)
Sualınız nədir? VÖEN-i bağlamaq ya nə?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Tranferwise-dan bank kartına

Yayimla.az saytindan nece istifadə etmək olar?

Fiziki şəxs üçün DSMF-nin B3 hesabatı

Vöen,MMC qeydiyyatı

VOEN acdirmaq 2021

youtube-voen