Payoneer kartdan online istifade zamanı vergi

Salam.Bildiyim qederile fiziki payoneer kartdan pulun nagdlashdirilmasi zamanı da mueyyen qeder vergi odemek lazimdir.Bes eger hec bir pul nagdlashdirilmasi olmasa ve kart online sifarishler ve s. ucun istifade olunsa?
O zaman da payoneer azerbaycandaki hesabima bagli oldugu ucun vergi odemek mecburiyyetinde qalacagam?
Onceden tesekkurler cavablar ucun.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(22:10, 19/07/2022 ) #79350

Salam.
Xeyr, naqdlaşdırma ilə əlaqəsi yoxdur bunun.

Vergi bəyan əsasındadır.
Yəni qazanırsınızsa ona uyğun vergi verirsiniz. Nəqdləşdirib nəqdləşdirməmək buna aid məsələ deyil.

Düzdür, xarici kartda pul olanda onu xərclədikdə və onu bəyan etmədikdə aydın məsələdir ki, kiminsə o gəlirdən xəbər tutması ehtimalı yox dərəcədə az olur, amma bu o demək deyil ki, qanuni öhdəliyi olmur. Olur əlbəttə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:02, 28/07/2022 ) #79358

    Salam, cox sag olun cavab ucun.Bes payoneerin fiziki kartina gelen gelirimizi nece beyan ede bilerik?
    Ümumiyyetle xarici kart uzerinden vergi ödeyicisi olmaq üçün hansi addimlari yerine yetirmek lazimdir?
    Bir daha tesekkurler.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:08, 29/07/2022 ) #79359

      Bes payoneerin fiziki kartina gelen gelirimizi nece beyan ede bilerik?

      Vergi ödəmək üçün bəyan kifayət edir.
      Yəni burada VÖEN hesaba pul gələndə necə bəyan edilirsə, bu da elə.
      yəni vergi hesabatı dövründə xüsusi hesabat proqramı və ya veb saytında gəlirləri yazırsız vəssalam. Yəni sizdən hər hansı sənəd istənilmir və fərq qoyulmur ki gəlir sizə hansı hesaba gəlib. Bir növ könüllü bəyana əsaslanır.

      Qısacası xarici kart üzərindən vergi ödəyicisi olmaq anlayışı yoxdur. Sadəcə VÖEN açırsız və gəlirləri bəyan edirsiz. Gəlirlər burdakı hesaba da gələ bilər, xarici hesaba da.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:49, 29/07/2022 ) #79360

Bir daha tesekkurler detalli cavabiniz ücün.
Üzrlü sayin, bir sheyi de deqiqleshdirmek isterdim.
Freelance ishler, e-ticaret tipli menbelerden payoneerime gelen qazancin beyani zamani sadeleshdirilmish vergi ve ya gelir vergisi ödeyicisi kimi VÖEN qeydiyyatından kecmeliyem, ele deyil mi?
Vergi ödeyen zaman da, seçdiyim vergi ödeyicisi tipinden asili olaraq ödeyirem?
Ümumiyyetle bu haqda etrafli melumatlari hardan tapmaq olar?
cox sag olun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:15, 29/07/2022 ) #79361

    Sadələşmiş alınmır. Bu haqda bir çox yazanlar olub saytda, vergilərə gedib izah edəndə onlar qanunla əsaslandırırlar ki, bu tip fəaliyyət sadələşmişə aid deyil, sadələşmiş sırf fərdi vətəndaşlara yerində xidmətə aid ola bilir. İnternet üzərindən fəaliyyətdə isə pulu müxtəlif yerlərdən alır şəxslər, yəni ödəyən tərəf adətən şirkət olur. və ya fərd və şirkətlər olur. Ona görə də freelancerlər 5%lik gəlir vergisi ödəyicisi olaraq qeyd olunmalıdırlar.

    Bəli, sadələşmiş olanda dövriyyənin 2, 3 və ya neçə faizidirsə onu ödəyirlər (2-dən 8-ə kimi dəyişir sferadan asılı olaraq)
    Gəlir vergisində isə illik 200min azn-ədək 5% gəlir vergisi ödənilir.
    3 ayda bir keçmiş 3 ayın gəlirinin vergisi ödənilir.
    Tutaq ki aprel ayıdır və siz yanvar, fevral, martda toplam 4000 azn qazanmısınız.
    Əgər rəsmi xərciniz varsa(yəni sırf e-qaimə ilə ödədiyiniz rəsmi işgüzar xərc) o halda onu 4000-dən çıxırsız və yerdə nə qalırsa onun 5%ni vergi ödəyirsiz. Tutaq ki, rəsmi xərciniz yoxdur(güman ki olmayacaq, çünki freelancer olan biri e-qaimə ilə kiməsə nəsə ödəmir adətən) o halda 4000*5%=200 azn vergi ödəyirsiz.
    İldə 4 dəfə bu tip ödəniş edirsiniz.

    Və təbii ki, aylıq sosial və tibbi sığorta da var ödəənişlər – gəlirdən asılı olmayaraq.

    Sadəcə mühasibat işləri elə də sadə deyil deyə yaxşı olar ki, hesabat məsələsini mühasib ilə edəsiniz. (3 ayda bir mühasibə rəqəmləri deyirsiniz, o da sizin üçün bütün hesabatları həll edir indexlər üzrə ödənişlər və.s. sizə izah edir. Ki hansı kod üzrə nə qədər ödəniş etməlisiniz. – çoxlu kodlar var çünki orda. online və ya bankda ödəniş edəndə o kod üzrə ödəniş edirsiniz. məsələn gəlir vergisi kodu ayrıdır, sosial sığorta ayrıdır, tibbi sığorta ayrıdır, hesablanmış gecikmə faizi cəriməsi olarsa, o ayrıdır və.s.)

    Ətraflı məlumata gəldikdə – mühasib ilə görüşmək və məlumat almaq olar.

    Və ya e-taxes.gov.az sual-cavab bölməsində çox faydalı sual və cavablar var.

    Bir də istədiyiniz vaxt 195-ə zəng edib suallar verə bilərsiz – yaxşı xidmətdir və suallarınızı sadə dildə cavablayırlar.

    Əlavə olaraq, sizə ən yaxın vergi ödəyicilərinə xidmət idarələrinə gedə bilərsiniz. Onlar sizin həm suallarınıza cavab verirlər. Həm də hətta hesabat dövründə ora gedib hesabat göndərməyi izah etmələrini istəyə bilərsiniz – əgər mühasiblə yox, özünüz emtək istəyirsinizsə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:31, 29/07/2022 ) #79362

      Bir daha cox tesekkur edirem melumatlar ucun, cox komeyiniz deydi.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (5 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024