Salam, zəhmət olmasa aşağıdakı terminlərin optimal tərcüməsini
tapmağa kömək edərdiniz.
compile – yüksək səviyyəli dildə yazılmış proqram kodunun assembler dilinə çevrilməsi prosesi.
Mən kompilyasiya sözündən istifadə edirəm, bəlkə kimsə daha yaxşı variantın bilir?
assemble – proqramın assembler dilində olan variantının obyekt koda çevrilməsi
prosesi. Proqramın kompilyasiyasının mərhələlərindən biridir.
assembler – assemble prosesin yerinə yetirən sistem proqram (kompilyatorun bir hissəsi)
linking – proqramın kompilyasiyasının sonuncu mərhələsi
linker – linking prosesin yerinə yetirən sistem proqram (kompilyatorun bir hissəsi)
disasssemble – ikili formada verilmiş proqram faylını debugger vastəsilə assembler
dilinə çevirmək. assemble prosesinin əksi.
Hələlik bunlardır.








Fikrimcə İT-miz bu sözləri tərcümə edəcək cəsarətində olacaq qədər inkişaf etməyib.
Bunlar həddən çox spesifik, kiçik sahəyə aid,oturuşmuş sözlərdir və olduğu kimi saxlanması məsləhətdir.
Bəs İT-mizin inkişaf etməsi üçün nə etməliyik?
It -nin iknişafı az da olsa terminlərin düzgün tərcüməsindən və
çox nisbətdə ana dilində olan “tutoriallardan” asılıdır.
Ona görə mən elə fikirləşirəm ki, tərcümələrə uğursuz da olsa
cəhd eləmək lazımdır.
Bəli asılıdır tərcümədən. Amma gəlin etiraf edək ki sırf bu postunuzdakl terminlər çox dar çərçivədə işlənir, kütləvi auditoriyanın işlədəcəyi, rastlaşacağı terminlər deyil, o mənada dedim ki bunları olduğu kimi saxlamaq daha yaxşıdır.
Ümumənsə tərcümə işinə davam, çox faydalı bir iş görürsünüz, sualların davamını gözləyirik