misal üçün, excelde alt-alta 5.7675 + 5.3867 + 5.2788 + 5.6986 ədədlərini yazıram və həmin ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırıram. Edir: 5.77 + 5.39 + 5.28 + 5.70. Və bunların cəmi edir: 22.13
Amma, 5.77 + 5.39 + 5.28 + 5.70 ədədlərini kalkulyatorda hesablayanda 22.14 edir.
bilirəm, bu ona görə baş verir ki, excel 5.7675-ni üzdə 5.77 kimi yazsa da, hesablayanda olduğu kimi nəzərə alır. Bunu necə düzəltmək olar?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
mən openoffic spreadsheet -də topladım 22.14 alındı cavab. ola bilsin sizin exelde nə isə problem var ya harasa quş qoymusuz yaddan çıxıb. məncə silin registeri temizlədikdən sonra yenidən yükləyin
1
Bu sualı mənə tanışım verdi, o öz kompunda bunu edib. Mən də öz kompumda etdim eyni yazıldığı kimi alınır.
Rəqəmləri yuvarlaqlaşdırdıqdan sonra alınan nəticələr olduğu kimi yox, vergüldən sonra 4 rəqəmlə toplanır deyə o qiymət alınır.
2
Excel 2010 və nəticə: http://s008.radikal.ru/i305/1010/07/8d9b5cc3ee04.jpg
Nədənsə, məndə 22.14 alındı…
0
2010da ayrı cavab alınır
Salam, bu problem məndə yaranmışdı. Amma mən yuvarlaqlaşmanı “Уменшить разрядность” kimi vermişdim. (Mehman verdiyi şəkildə bu, “Число” bölməsindədir)
Dəqiq rəqəm almaq üçünsə “Округление” funksiyasın seçmək lazım imiş.
Təşəkkür edirəm. )
Sual verin
Cavab verin