Salam.Bilmək istərdim heç bir proqramlaşdırma dilini bilmədən Oracle proqramlaşdırma dilini öyrənməyə başlamaq nə dərəcədə düzgündür?Birdə bilmək istərdim ki,ümumiyyətlə proqramlaşdırma dillərini öyrənmək üçün nələri bilmək və ya ilk olaraq nədən başlamaq lazımdır?Xahiş edirəm bu barədə ətraflı məlumat yazasınız.Öncədən dərin minnətdarlığımı bildirirəm!
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Baxır hansı istiqamətlərdə. Məsələn mənim web proqramlaşdırmaya həvəsim var idi, artıq tam deyə bilərəm ki, buna htmldən başlamaq lazımdır. İndi mobil platformalara marağım artıb. Buna isə javadan başlamışam. Ümumiyyətlə öyrənməyin ən yaxşı yolu həmin dili praktikada test edə-edə öyrənməkdir. Belə həm tez öyrənəcəksiz həm də yadınızda yaxşı qalacaq. Daha sonra isə oracle bazası ilə işləyən dillərdən birini seçib öyrənərsiz.
0
Dost,nə dərəcədə düzgün oldugunu deyə bilmərəm,amma heç öyrənməməkdən,kortəbii oyrənməkdən faydalıdı.Ümumiyyətlə,əgər sən proqramlasdirma dillərindən hər hansi birini öyrənmək istəyirsənsə,ilk növbədə Proqramlaşdırma dilinin nə olduğunu,mahiyyətini,əhəmiyyətini bilməlisən.yadima gəlir mən 1 ci kursda oxuyanda bizə universitetdə PASCAL keçməyə başladılar.mənim heç bu dil haqqinda,ümumiyyətlə proqramlaşdırma dilləri haqqında anlayışım sifir idi.Aylarla mən bu dillərin mahiyyətini başa düşməyə çalişdim.ikinci növbədə bu günümüzün tələbini nəzərə alıb seçim etməlisən.C proqramlaşdirma ailəsi (C,C++,C#,JAVA…) günümüzdə daha çox tələb olunur.Mən Java məsləhət görərdim.Amma ən doğrusunu Ramin müəllimdən öyrənsən daha yaxşı olar. uğurlar sənə.
Sual verin
Cavab verin