Salam. ‘Interpreted language’ və ‘Compiled language’ ifadələrini ən uyğun şəkildə necə tərcümə etmək olar Azərbaycan dilinə?
Salam. ‘Interpreted language’ və ‘Compiled language’ ifadələrini ən uyğun şəkildə necə tərcümə etmək olar Azərbaycan dilinə?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Bu ifadələri tərcümə etmək biraz qəlizdi. Mən aşağıdakı kimi tərcümə eliyirəm.
compiled language – kompilyasiya olunan dil
interpreted language – yarımkompilyasiya olunan dil.
interpreted dillərdə kompilyasiya tam sona kimi gedib CPU tərəfindən icra olunan ikili kod generasiya olunmur. Kompilyasiya prosesi yarımçıq dayandırılaraq bayt kod generasiya edilir, hansı ki xüsusi tərtib olunmuş proqramın – interpretatorun köməyi ilə icra olunur. Ona görə mən bu tərcüməni təklif eliyirəm.
0
Salam.Yarımkompilyasiya məntiqli tərcümədir.Kompilyasiyanı da əvəz etmək olsa idi çox yaxşı olardı. Məsələn, türklər ‘derleme’ deyir.Çox sağolun.
Sual verin
Cavab verin