Salam mən e ticarətlə məşğul olmaq istəyirəm. Hədiyyələr, parfüm və bujiteri məhsullar satılacaq əsas. Satış sayt və instagram səhifəsindən olacaq. Mənim bəzi suallarım var zəhmət olmasa cavablayarsız.
1. Online ödəniş üçün hansı şirkəti məsləhət bilirsiz?
2. Qapıda kartla ödəmə xidməti üçün post terminal lazım olacaq, hansı bankla biznes hesap açsam bu post terminalı ödənişsiz ala bilərəm? Əgər ödənişli olsa neçəyə başa gəlir?
3. Məhdud məsuliyyət cəmiyyəti üçün qeyd olmağa hazırlaşırıq. İlkin məlumatlı olmaq üçün soruşuram sadələşdirilmiş vergi növünü seçəcəyik, burda biz aylıq nə qədər ödəniş edəcəyik? Və satışdan qazanılan məbləğin nə qədər qismi vergi olaraq veriləcək?
4. Vergi nəyə əsasən hesablanır? Məsələn aylıq 1000 azn dövrüyə olunub lakin bunun 700 manatı məhsulun maya dəyəridir. Belə olduqda vergi bizim qazancımız olan 300 manatdan tutulur? Qeyd edimki Məhsulları rəsmi online mağazalardan alırıq və e fatura mövcuddur.
Öncədən təşəkkür edirəm
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
1. Pasha, Kapital, Azericard, Millicard, Portmanat var.
Payriff var bir də daha asan inteqrasiya vəd edir. Bürokratiyası yoxdur.
2. Bunu banklardan soruşa bilərsiz. pashada bankofbakuda və.s. pulsuzdur. sadəcə şərtləri olur da nələrsə, onları danışmanız lazımdır.
3. sadələşmiş vergi 2%dir 200 min dövriyyəyə qədər. (illik dövriyyə)
4. Sadələşmiş vergi dövriyyədən yəni 1000 azn-dən tutulur. Sizin biznes modeldə dövriyyə böyük, marja kiçikdirsə, o halda sadələşmişdən imtina edib 5%lik gəlir vergisini seçə bilərsiniz.
Sual verin
Cavab verin