16 yaşındayam.kompüter kurs diplomu almışam (Qəbələdə)Tibb kursunun da diplomunu almaq istəyirəm.Sizcə bu cür kursları oxumağa dəyər? Daha sonra harada iş tapa bilərəm?Sizcə asan xidmətdə və ya özəl xəstəxanaların birində işləyə bilərəm? 18 yaşımdan sonra tibb və kompüter diplomu ilə başqa harada,hansı şəhərdə işləyə bilərəm
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Bir şeylər öyrənirsinizsə, əlbəttə ki, dəyərlidir. Yaşınız da çox deyil. Müvafiq sahə üzrə ən azından kollec də oxuya bilərsiniz. Hərçənd, biliyin isbata ehtiyacı yoxdur. Diplom və sertifikatlar sadəcə dəstəkləyici xarakter daşıyır. Xüsusilə, bu kimi sahələrdə bilik daha tez nəzərəçarpır.
Bir peşəyə köklənməyiniz sizi o, sahədə daha irəli apara bilər.